Kommersiya üzrə Mütəxəssis

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kommersiya üzrə Mütəxəssis

Vəzifənin məqsədi:

Şirkəti potensial və hazırki müştərilər qarşısında təmsil etmək, şirkətin inkişafında rəhbərliyə dəstək göstərmək, yeni müştərilərin cəlb olunması və işin keyfiyyətinin daima artmasından əmin olmaq

Əsas vəzifə və öhdəliklər:

- Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin operativ şəkildə icrasını təmin etmək;
- Şirkətə aid olan konteynerlərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
- Daşıma marşrutuna uyğun razılaşdırma, ödəmənin təsdiqinə dair  teleqramlarının, vaqon ayrılması, mühafizə hesabı və digər müvafiq sənədləri hazırlamaq;
-  Gün ərzində müştərilərdən gələn konteyner yükləmə sənədlərini emal etmək, proqrama işlənməsi və gündəlik hesabata salmaq;
- Konteyner daşımaları zamanı sərhəddə gömrüklə əlaqəli sənədləşmədə problemlər yarandıqda həllinə  vasitəçi olmaq;
- Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən konteynerlərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
-  Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək.

Tələb olunanlar

- Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
- Satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər
- Təcrübə: Sahə üzrə ən az 2 il,
- Komanda ilə işləmək və ünsiyyət bacarığı
- Punktual
- Analitik düşüncə
- Təqdimat bacarığı
- Rus dili, ingilis dili əla səviyyədə
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

İş barəsində maraqlananlar Niyyət məktubunu və əmək kitabçasının skan variantını mail adresinə göndərməyiniz xahiş olunur.

E-mail: [email protected] 

E-mailin “Subject” bölməsinə  “Kommersiya üzrə Mütəxəssis” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 13 Aprel 2018-ci il