Korporativ satış təmsilçisi

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 04.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hazırda ATL Tech şirkəti “Korporativ satış təmsilçisi” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Qəbul edilmiş struktur və icra planına uyğun olaraq fəaliyyət göstərir;
• Satış departamenti rəhbərinin iş bölgüsünə müvafiq fəaliyyət göstərir;
• Vəzifəsi üzrə departament rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirir;
• Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması ,qeydiyyatı və icrasını aparır;
• Müəssisənin satış hədəflərinə çatmaq və gəlirlərini artırmaq məqsədilə satış strategiyasını inkişaf etdirir;
• Satış komandası ilə birlikdə individual satış hədəfləri təyin edir;
• Satış hədəflərini təmin etmək naminə şirkətin digər aidiyyati əməkdaşları ilə müntəzəm əlaqə saxlayır;
• Bazar araşdırmasına nəzarət edir;
• Satışın imkanlarını müəyyən etmək üçün məlumat araşdırması edir;
• Yeni markalar və məhsullar haqqında məlumat əldə etmək naminə görüşlərə və müxtəlif sərgilərə qatılır;
• Satış prezentasiyalarının və təkliflərinin hazırlanmasında iştirak edir;
• Mütəmadi olaraq satış üzərindən lazımi hesabatlar hazırlayır və səlahiyyətli şəxslər ilə məlumatları bölüşür;
• Xərclərin təyin edilmiş büdcəni aşmamasına nəzarət edir;
• Bazar vəziyyətinin,rəqibin və müştərinin analizini təşkil edir;
• İllik,kvartal və aylıq satış gəlirin proqnozunu həyata keçirdir;
• Qiymət və gəlir cədvəllərini inkişaf etdirir;

Tələblər

• Müştəri ilə işləmək bacarığı
• Texniki satış üzrə iş təcrübəsi
• Satış strateqiyasının planlaşdırma və həyata keçirmə üzrə iş təcrübəsi
• Sahəsi üzrə minimum iş stajı – min 3-il
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis
• Təhsilə olan tələblər: Ali təhsilli
• Yaş həddi: 25-45
• Satış üzrə iş təcrübəsi
• Aidiyyətı sahədə istifadə edilən proqram bilikləri: MS Office, 1C

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Korporativ satış təmsilçisi” qeyd etməklə göndərə bilərlər.