Mühasib (İstehsalat üzrə)

İşin təsviri

1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə Şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Namizədə dair tələblər:

- Maliyyə və Mühasibatlıq sahəsi üzrə - Ali təhsil;
- İstehsal sahələrində 2-3 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi biliklərə sahib olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;

Üstünlük verilir:

• SAP ERP sahəsində təcrübə
• F2/F3  Mühasibatlıq bilikləri
• Rus və ya İngilis dili biliyi üstünlküdür.

İş barədə məlumat:

-  Sistemə yeni reseptlərin daxil edilməsi;
-  Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
-  Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
-  Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
-  Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
-  Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
-  Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
-  Rəhbərliyə hesabatların   təqdim edilməsi

- İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı -  [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.