Beynəlxalq əlaqələr və satış üzrə mütəxəssis

  • Baku Retail Group
  • Elanın qoyulma tarixi: 03.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: Baku Retail Group Company

Vəzifə: Beynəlxalq əlaqələr və satış üzrə mütəxəssis

Əmək haqqı: yüksəkdir (təcrübədən asılı olaraq dəyişir)

İş saatı: 09:00-18:00

Vəzifə təlimatları:

• Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin səfir və əməkdaşları ilə əlaqələr yaratmaq və bu istiqamətdə danışıqlar aparmaq;
• Yuxarıda adıçəkilən qurumlarla əməkdaşlıq zamanı şirkətin portfelində olan məhsulları təqdim və təklif etmək;
• Bu qurumlarla əməkdaşlıq zamanı istiqamətli və məqsədyönlü promosyon, kompaniya və aksiyalar təşkil etmək;
• Satışların artırılması ilə əlaqədər təkliflər vermək və bu istiqamətdə nəzərdə tutulan tədbirləri təşkil etmək; həyata keçirmək;
• Marketinq materiallarının hazırlanmasını təşkil etmək;
• Müxtəlif korporativ tədbirlərin keçirilməsini təşkil etmək;
• Satışla bağlı tələb olunan hesabatları, məlumatları hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
• Satışla bağlı ofisə daxil olan zəngləri düzgün şəkildə cavablandırmaq.
• Şirkəti yerli və xarici tədbirlərdə və görüşlərdə layiqincə təmsil etmək..

Namizədə qarşı tələblər:

• Xanım namizədlərə üstünlük verilir;
• Yaş həddi: 24-35;
• Təhsil: İqtisadiyyat, idarəetmə sahəsi üzrə (magistratura təhsili arzuolunandır);
• İş təcrübəsi: 2-3 il; beynəlxalq qurumlarla və nümayəndəliklərlə iş təcrübəsi olanlara üstünlük verilir;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (əla səviyyədə);
• Komputer biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook);
• Satışa təqdim olunan bütün məhsulları tanımaq və korporativ satış bacarığı;
• Müxtəlif mövzularda məlumatlandırıcı təqdimatların hazırlanması bacarığı;
• Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar aparmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Ofis avadanlıqları ilə işləmək bacarığı;
• Təşəbbüskar, ünsiyyətcil, aktiv, dinamik və çevik qərar qəbul etmə bacarığı olmalıdır;
• Xarici görünüşünə hər zaman diqqət yetirməlidir;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

CV göndərərkən mövzu qismində "Beynəlxalq əlaqələr və satış  üzrə mütəxəssis" sözünün yazılması mütləqdir.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Əlaqə Telefonu: (050) 306 37 07