Hesabatların hazırlanması üzrə mütəxəssis

  • Baku Retail Group
  • Elanın qoyulma tarixi: 23.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mövqe:(Baş ofis)

Vəzifə: Hesabatların hazırlanması üzrə mütəxəssis

Əmək haqqı: 400-500 AZN

Əmək Məcəlləsinə uyğun işə qəbul

Nahar şirkət tərəfindən təmin edilir.

Vəzifə öhdəlikləri:

• Aylıq satış və satınalma ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
• Yerli tədarükçü şirkətlərdən satınalma qiymət təkliflərinin alınması və optimal təkliflərin müqayisəli şəkildə birbaşa rəhbərinə təqdim edilməsi;
• Satınalma zamanı şirkətin daxili prosedurlarına uyğun olaraq zəruri məlumatların elektron sistemə daxil edilməsi;
• Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması və müvafiq qovluqlara yığılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Satış trendlərinə əsasən satınalma proqnozlarının hazırlanması;
• Keçirilən tanıtım və müxtəlif məzmunlu kompaniyalar kimi müxtəlif aksiyaların nəticələrini toplamaq, əldə olunmuş məlumat əsasında onların faydalılıq göstəricisini müəyyənləşdirmək.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Yalnız xanım namizədlər;
• Yaş həddi 30 yaşa kimi;
• Satış və satınalma sahəsində 2 il iş təcrübəsi;
• Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışmaq qabiliyyəti;
• Ezamiyyətlərə getməyə hazır olmalıdır;
• MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı və 1 C və ya digər oxşar proqramlarında orta səviyyədə işləmə bacarığı.

Qeyd

Əlaqə Telefonu: (050) 306 37 07

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.