Logistika Operatoru

İşin təsviri

VƏZİFƏ:  LOGİSTİKA OPERATORU

Mr.fix haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm   tikinti kimyəviləri istehsalçısına çevirmişdir.
Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları və s. kimi tikinti materialları istehsal edir.

NAMİZƏDƏ TƏLƏBLƏR:

-  Ali təhsilli; 
-  Qadın işçi;
-  Bakı şəhərini yaxşı tanıyan;
-  Tabeçiliyində olan işçiləri idarəetmə bacarığı olan;
-  Yük qaimələrinə, maşınların yol vərəqələrinə, maşınların zamanında yüklənilməsinə, sürücülərin iş fəaliyyətlərinə nəzarət etməyi  bacaran.
-  Ofis proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook) xüsusilə Excell proqramını bilən;
-  Logistika sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
-  İnkişafa meyillilik.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Logistika operatoru” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
Mövzu yerinə “Logistika operatoru” yazılmayan CV-lərə baxılmayacaq.