Treyd Marketinq Mütəxəssisi (Gəncə, Quba, Göyçay, Lənkəran, Şəki, Bərdə)

  • Avrora
  • Elanın qoyulma tarixi: 01.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Treyd Marketinq Mütəxəssisi(Gəncə, Quba, Göyçay, Lənkəran, Şəki, Bərdə regionları üzrə)

Vəzifə öhdəlikləri:

• Məhsulun irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
• Bazarın monitorinq və təhlili, rəqbət mühitinin öyrənilməsi;
• Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
• Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
• Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
• Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
• Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
• Satış komandasına iş prosesinin öyrədilməsi;
• Treyd Marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
• POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
• Analitik hesabatların tərtib olunması və müdiriyyətə təqdim edilməsi.

Namizədə olan tələblər:

• Ali təhsil;
• MS Office proqramları biliyi;
• Minimum 1 il marketinq sektorunda iş təcrübəsi;
• Rus dili bilməsi üstünlükdür;
• İnformasiya ilə işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti.

CV-lərinizi mövzu yerinə “Treyd Marketinq mütəxəssisi(aidiyyəti region üzrə)” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi