Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı)
Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Təhsil: Texniki sahədə ali təhsil üstünlükdür
İxtisas Bilikləri və Bacarıqlar:
Fabrik və bənzəri sahədə avadanlıqlar üzrə biliklər üstünlükdür
Məsuliyyətli və stressə davamlı olmalı
Kompyuter Bilikləri: MS Office proqramları
VƏZİFƏ FUNKSİYALARI:
Müxtəlif avadanlıqların (fabrikdə olan qurğular və s.) şirkətdən kənarda təmir etdirilməsi
Təmir üçün uyğun yerlərin araşdırılması, uyğun qiymət təkliflərinin əldə edilməsi
Mütəmadi olaraq rəhbərliyə qiymət təklifləri və görülən işlər barədə hesabat verilməsi
Yaş həddi: 24 - 45 yaş
İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı)" qeyd edilməsi xahiş olunur.