Polimer Sənaye Parkı MMC Azərbaycanda 2012-ci ildən Polimer Sənayesi sahəsində fəaliyyətdədir. Yaxın gələcəkdə Mebel və Qapı sənayesində fəaliyyətə başlayacağıq. Bu sahədə müxtəlif vəzifələr üzrə təcrübəli kadrlar axtarışındayıq. Yeni komandamız cavan, məsuliyyətli, məqsədyönlü və peşəkar heyətdən təşkil edilmişdir.
Vəzifə: Bakı şəhəri üzrə Satış Meneceri
Şirkət: Polimer Sənaye Parkı MMC
Sahə: Polimer sənayesi, qapı və mebel istehsalı
Vəzifə öhtəlikləri
• Bakı şəhəri üzrə ticarət nöqtələrinə idarəçiliyində olan qüvvə və vasitələrlə (maşın, satış nümayəndəsi) verilən məhsulun optimal şəkildə yerləşdirilməsini idarə etməli
• Potensial satış nöqtəsi sayını, aktiv nöqtə sayını və aktiv nöqtələrin kateqoriyaya görə təsnifatını təmin etməli
• Tabeliyində olan satış supervayzer və ticarət nümayəndələri tərəfindən edilən effektiv vizit sayını təmin etmək
• Verilən satış, distribyusiya hədəflərini realizə etməli
• Tabeliyində olan işçilərin və distribyutorların kəsirlərinin yaranmaması üçün lazımi tədbirlər görməli
• İstiqamətinin aylıq konsiqnasiya borc miqdarını, bu miqdarın artıb-azalmasını təqib etməli və uzun müddət ödəniş etməyən müştərilərin barəsində zəruri tədbirlərin görülməsini təmin etməli
• ticarət nöqtələrinə baş çəkmələrin (vizitlərin) effektivliyinə, rut qrafikinə əməl olunmasına, aksiyaların keçirilməsi zamanı müəyyən edilmiş qaydalara riayət edilməsinə və bununla bağlı hesabatların tərtib edilməsi
Tələblər:
- Ali təhsil- İqtisadiyyat və ya İdarəetmə sahəsində
- Ofis proqramlarında işləmə bacarığı, xüsusilə Excell proqramında
- 5 ildən çox Satışda rəhbər vəzifəsində iş təcrübəsi, mebel sənayesi sahəsində işləmiş şəxslərə üstünlük
- Azərbaycan və rus dillərində səlis danışıqlar aparmalı
- Analitik və kreativ düşüncəli
- Stressə davamlılıq
- Liderlik xüsusiyyəti
Polimer Sənaye Parkı MMC-nin Baş ofisi Sumqayıtda yerləşir.
Vakansiyaya [email protected] ünvanına mövzuda “Satış Meneceri” qeyd etməklə müraciət edə bilərsiniz.