Təchizat üzrə mütəxəssis (Avtokar ehtiyat hissələri üzrə)

  • Elanın qoyulma tarixi: 14.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Şirkət haqqında 

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega,

Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Təchizat üzrə mütəxəssis (Avtokar ehtiyat hissələri üzrə)

Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Tələblər:

 Avtomobil ehtiyat hissələri üzrə biliklər
 Avtomobil ehtiyat hissələrinin Satışı və ya Təchizatında iş təcrübəsi üstünlükdür
 İngilis dili biliyi üstünlükdür
 Excel biliyi
 Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)

Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə

VƏZİFƏ FUNKSİYALARI:

 Avtokar ehtiyat hissələrinin qiymətlərinin araşdırılması, təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
 Avtokar ehtiyat hissələrinin alınması
 Vəzifə üzrə rəhbərliyin tapşırdığı digər işlərin icra edilməsi.

İş qrafiki: 5 günlük

Yaş həddi: 24 - 40

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təchizatçı" qeyd edilməsi xahiş olunur.