Hüquqşunas

  • Elanın qoyulma tarixi: 04.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

            

Şirkət haqqında 

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Hüquqşunas

Təcrübə müddəti: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil

İxtisas Bilikləri və Bacarıqlar:

Hüquq sahəsində minimum 3 illik iş təcrübəsi
Azərbaycan Respublikasının qanunlarını, mülki, mülkü prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
Məhkəmə və icra işləri üzrə təcrübə

Kompyuter Bilikləri: MS Office

VƏZİFƏ FUNKSİYALARI: 

Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi
Məhkəmədə və digər orqanlarda Şirkətin adından çıxış edilməsi
Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi

İş qrafiki: 5 günlük

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Hüquqşunas" qeyd edilməsi xahiş olunur.