B2B üzrə Satış Meneceri

  • Eva Baku
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Eva Baku" şirkəti “B2B üzrə Satış Meneceri” vakansiyasını elan edir.

Namizədə qarşı tələblər:

Yaş həddi: 25-40;
Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi ;
Mövcud bazarın tanınması və potensial müştəri bazasının olması;
Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır;
Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

Vəzifə öhdəlikləri:

Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 

Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa uyğun olaraq bonuslar veriləcək.

CV-lərinizi  [email protected]  ünvanına "B2B üzrə satış meneceri" başlığı ilə göndərməyiniz  xahiş olunur.

Eva Baku tərəfindən digər vakansiyalar