Beynəlxalq Satınalma üzrə Menecer

  • Eva Baku
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Eva Baku" şirkəti “Beynəlxalq Satınalma üzrə Menecer” vakansiyasını elan edir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• 25-35 yaş aralığında olan xanım namizədlər;
• Azərbaycan, rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti, ingilis dili (orta səviyyədə)
• Ofis proqramlarını bilmək;
• Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Beynəlxalq yazışma və danışıqların aparılması;
• Bazarı təhlil etmək bacarığı;
• Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;

Vəzifə öhdəlikləri:

• Sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların  aşkar edilməsi üçün yerli və xarici bazarların təhlil edilməsi ;
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
• Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması;
• Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması;
• Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi;
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda  iştirak etmək;
• Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]   ünvanına göndərə bilərlər.

Eva Baku tərəfindən digər vakansiyalar