Ofis Meneceri (Receptionist)

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 20.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Melissa Group" Ofis Meneceri (Receptionist) vakansiyası elan edir:

Vəzifə təlimatları:

• Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
• Görüşlərin təşkil olunması;
• Ofisə daxil olan müştərilərin qarşılanması və şöbələrə yönləndirilməsi;
• Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
• Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
• Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Vəzifəya dair tələblər:

• Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
• Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
• Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
• Təşkilati bacarıqlar;
• Yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksən etik davranış qabiliyyəti;
• Yaş həddi- 20-28
• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 300-500 manat (Əməkhaqqı müsahibənin nəticəsinə əsasən təyin oluna bilər)

CV-lərinizi [email protected] ünvanına "receptionist" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi