Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.
Hal hazırda şirkət “Ehtiyat hissələri üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
• Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq;
• Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək;
• Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaqxidmətə nəzarət etmək;
• Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq;
• Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək;
• Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq;
• Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək;
• Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli;
• Kompyuterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək;
• Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq;
• Şöbədə təmiz və professional mühit yaratmalıdır;
• Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
• Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələri icra etmək;
• Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq;
• İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq;
• Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi;
• İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq;
• Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək;
Namizədlərə tələblər:
• Yaş: 22-40;
• Ali təhsil;
• Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı, EPC işləmə bacarığı
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı.
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Ehtiyat hissələri üzrə menecer" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.