Biyan üzrə Texnoloq (Ağdaş regionu)

İşin təsviri

Biyan üzrə Texnoloq

Gilan Kənd Təsərrüfatı Qrupu iş yeri Azərbaycanın Ağdaş regionu olmaqla Biyan üzrə texnoloq vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Müəssisənin mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılış rejimlərini işləyib hazırlayır.
• Biyan üzrə İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətləri) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının, texnoloji sənədləşdirmənin hazırlanması, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir.
• Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyr-ostandart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanləqlardan istifadə normativlərinə riayəy edilməsi və s. təşkil edir.
• Müəssisədə yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azadılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.
• Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.

Tələblər:

• Texnoloq ixtisası üzrə ali texniki təhsil
• Ən azı 5 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi
• Rus dili və ya İngilis dili bilikləri arzu olunandır
• Menecerlərlə və rəhbər şəxslərlə işləmək bacarığı
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4690#