Müştərilərlə əlaqələri idarəetmə departamentinə Xidmətlər üzrə məsləhətçi

İşin təsviri

“Bank Respublika” ASC Müştərilərlə əlaqələri idarəetmə departamentinə “Xidmətlər üzrə məsləhətçi” vakansiyası üzrə namizədləri işə dəvət edir.

Vəzifə üzrə əsas öhdəliklər aşağıdakı kimidir:

1. Müştərilərin qarşılanması və müvafiq xidmətlərin alınması üçün yönləndirilməsi;
2. Filiala daxil olmuş müştəri sorğuları və suallarının cavablandırılması;
3. Bankın bütün məhsul və xidmətləri barədə əsas biliklərin olması və onlarla bağlı informasiyanın verilməsi;
4. Müştəriləri distant kanallardan istifadəyə yönləndirmək və öyrətmək;
5. Gözləmə zamanı müştərilərlə səmimi ünsiyyət, bukletlərin, aktual məlumatların verilməsi;
6. Müştəri rəylərinin toplanması, mini-sorğuların aparılması.

Namizədə minimal tələblər:

- Ali təhsil (universiteti bitirmiş);
- Ünsiyyət qurmaq qabiliyyəti, gülərüz;
- Azərbaycan və rus dili bilikləri – yüksək.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi