Layihə Koordinatoru (Ucar rayonu)

  • ObaNatur
  • Elanın qoyulma tarixi: 25.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LAYİHƏ KOORDİNATORU 

Təcrübə:

Kənd icmaları yaxud fermerlər ilə iş təcrübəsi
Kənd təsərrüfatı sahəsində (xüsusən də südçülük, maldarlıq sahəsində) orta səviyyəli biliklər

Təşkilatçılıq bacarıqları

Sürücülük vəsiqəsi

Aran regionu (xüsusən Ucar rayonu) barədə kifayət qədər məlumatlı olmaq
 
Cavabdehliklər

• Yeni kooperativin potensial üzvü olacaq fermerlərin seçilməsi və qiymətləndirilməsi prosesində iştirak edir;
• Kooperativin üzvlərinə təlimlərin verilməsi prosesini təşkil edir və prosesə dəstək olur;
• Verilmiş prosedurlara və standartlara uyğun qaydada layihə fəaliyyətlərini yerinə yetirir;
• Layihəyə inzibati və koordinasiya dəstəyi verir;
• Fermerlərlə iş prosesinin qurulmasına, hesab-fakturaların yığılması və emal edilməsinə, bütün əlaqədar məsrəflərin uçotuna yardım edir
• Koorerativin fəaliyyətini koordinasiya edir;
• Süd toplama məntəqələrinin işinə nəzarət edir və onların fəaliyyətini əlaqələndirir;
• Layihənin qrafikə və plana uyğun irəliləməsinə dəstək verir;
• Layihə hesabatlarının hazırlanması prosesində öz fəaliyyəti ilə bağlı olan və digər əlaqəli məlumatların toplanılıb layihə menecerinə təqdim edilməsinə cavabdeh olur
• Vəzifə cavabdehliklərindən irəli gələn hər hansı digər tapşırıqları yerinə yetirir.
• Layihənin koordinasiyasının bütün aspektlərinə cavabdeh olur;
• Kooperativ üzvlərinin verilmiş layihə tələblərinə, prosedurlara və standartlara uyğun fəaliyyət göstərməsini yoxlayıb təmin edir;
• Layihə resurslarının təmin olunmasını koordinasiya edir.
• Layihəyə cəlb olunmuş bütün tərəflər üçün əsas əlaqələndirici şəxs olur.

Qeyd: Layihə əsasən Ucar rayonunu əhatə edəcək.

İş yeri Ucar rayonu olacaq.

Website: www.obanatur.az

Əlaqə Vasitəsi:
 
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə Koordinatoru" qeyd edərək [email protected] electron ünvanına göndərməlidirlər.

ObaNatur tərəfindən digər vakansiyalar