Aqronom (aqronom köməkçisi) / Göygöl şəhəri

İşin təsviri

Vəzifə: “Üzüm bağları” MMC üçün aqronom (aqronom köməkçisi)

İş qrafiki: bazar ertəsi - cümə (09:00 - 17:00), şənbə günləri (09:00 - 13:00)

Yüksək əmək haqqı;

İş yeri: Göygöl şəhəri,

İş barədə məlumat:

• Torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək;
• Torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
• Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
• Aqro-texniki tədbirlərin həyata keçirilməsi, su itkisinin qarşısının alınması və suvarma işləri üçün tədbirlər görmək;
• Bitkinin inkişaf mərhələsinə uyğun olaraq gübrələnməsi və mineralların verilməsini təmin etmək;
• Bitkinin bioloji yetişmə dövrünü müəyyən etmək, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və digər mübarizə tədbirləri görmək;
• Əkinə yararlı sahələr, işçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək;
 
Namizədə dair tələblər:

• Kənd təsərrüfatı sahəsində ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• MS Office proqramları ilə işləmək bacarığı olanlara və xarici dil bilənlərə üstünlük veriləcəkdir;
• İşgüzarlıq, məsuliyyət, ünsiyyətcillik.
• Yaş həddi: 35 yaşa qədər;

QEYD: 

Tələblərə uyğun olmayan və vakansiyanın adı qeyd olunmayan CV lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurulmaqla [email protected] e -mail ünvanına göndərilməlidir.

Əlaqə nömrəsi: 012 404 43 39