Üzüm bağları MMC


AZGRANATA MMC tərəfindən 2006-cı ildən etibarən yeni üzüm bağlarının salınmasına başlanmışdır.  Beləki AZGRANATA MMC tərəfindən 2006-cı ildə Şamaxı rayonunda 26.5 hektar, 2007-ci ildə 92 hektar, 2009-2010-cu illərdə 177 hektar, 2011-2012 –ci illərdə 39 hektar sahədə texniki üzüm bağları salınmışdır. 2013-cü ildə daha 28 hektar sahədə texniki və süfrə üzüm sortlarından ibarət yeni bağlar salınıb. 2014-2015 ci illərdə 16 hektar yeni üzüm bağları salınmışdır. Yeni üzüm bağlarının  salınmasında Fillonsera zərərvericisinə davamlı calaq olunmuş yerli və respublikamıza gətirilmiş üzüm sortlarından istifadə edilmişdir.

AZGRANATA MMC  üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Danuta)  və istehsal (Mədrəsə, Saperaki, Rkasiteli, Kabernet Sauviqnon, Merlo) üçün nəzərdə tutalan üzüm sortları mövcuddur. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?