İşin funksiyaları:
• LIBRAFF üçün ümumi PR və Marketinq strategiyası və Fəaliyyət planı hazırlayıb həyata keçirmək;
• LIBRAFF müştəri data bazasını yaratmaq və müştərilərlə ‘online’ kommunikasiyaya cavabdeh olmaq;
• LIBRAFF-ın Sosial Media Marketinq (SMM) planını hazırlamaq və həyata keçirmək;
• Məzmun təqvimini hazırlamaq, ödənişli reklamı idarə etmək, spesifik və tələb olunan vaxtlarda marketinq kampaniyaları təşkil etmək;
• Sosial media trendləri (izlənmə parametrləri) ilə bağlı hesabatlar hazırlamaq;
• Satışda olan məhsulları və onların unikal satış təklifini öyrənmək;
• Vitrin dizaynına dair təkliflər vermək;
• Reklam, kampaniyalar və o cümlədən müştərilər üçün müxtəlif tədbirlərlə bağlı ideyalar irəli sürmək və təşkil etmək;
• Promo materiallar hazırlamaq;
• Tələblərə, hədəf qrupuna və məqsədlərə uyğun olaraq tədbirlər planı hazırlamaq və həyata keçirmək;
• Tədbirin uğurunu təmin etmək və daha çox iştirakçı cəlb etmək məqsədilə hər bir tədbir üçün xüsusi marketinq strategiyası hazırlamaq, yeni tərəfdaş/müştəri cəlb etmək, mövcud tərəfdaş/müştərilər ilə işgüzar əlaqələri qoruyub saxlamaq.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil (Marketinq, Menecment sahəsi arzu olunandır);
• Bu sahədə ən azı 2 il iş təcrübəsi;
• Mükəmməl Azərbaycan, rus dili və yüksək səviyyədə ingilis dili;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət, kreativlik;
• Sosial şəbəkələrin aktiv istifadəçisi.
MÜRACİƏT QAYDASI
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected]) elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.
Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.