Elektrik nəzarətçisi

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək
  • Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğunu yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək
  • MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə üzləşmasını nəzarətdə saxlamaq
  • MEP sistemlərinin sınaqlarının təşkili, prosedurlarının hazırlanması, sənədləşmənin aparılması
  • Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu  yoxlamaq
  • Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək
  • Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Namizədə tələblər

  • Elektrik və Elektroenergetika üzrə ali təhsil,
  • Müvafiq sahə üzrə 3-5 il təcrübə,
  • Yüksək gərginlikdə işləmə bacarığı,
  • MS Office və AutoCAD bilikləri;

İş şərtləri

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 6 günü;
  • Əmək Haqqı – görüşmə zamanı bildiriləcək
  • İş yeri- Sumqayıt

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Elektrik Supervisor” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar