Daxili Auditor

İşin təsviri

“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA)  daxili auditor vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

Bakı, Azərbaycan

Sənədlərin qəbulunun son müddəti:  29.01.2018-ci il

1. İKA-nın daxili auditorunun məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

- İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
- aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
- aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
- aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
- mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
-   yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif  mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.

Hesabatvermə

2. Daxili auditor  İKA-nın təsisçilərinə hesabat verir.

Müddət

1. Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə 3 aydan sonra daxili auditorun faliyyətinin nəticələri təsisçilər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə uzadılacaqdır.

İxtisası

İKA-nın daxili auditoru aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
(a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
(b) mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
(c) auditor  sahəsində ən azı bir illik təcrübəyə malik olmaq;
(d) ingilis dilində sərbəst bilənlərə  üstünlük verilir;
e) əla yazılı və şifahi nitqə malik olmaq;
f) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, proqramlaşdırılmış mühasibatlıq sistemində işləmək bacarığı;
g) beynəlxalq maliyyə idarəçiliyi prosedurları və təlabatları barəsində bilgili olmasına və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə işləmək təcrübəsinə üstünlük verilir;
h) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı ;
i) təşəbbüskarlıq, məsuliyyətli, məsələyə hərtərəfli yanaşmaq və  yenilikləri qəbul etmək bacarığı.

 
Sənədləri [email protected] e-mail və ya Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21 F ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi- (012)-464-83-35  Fatma x.