Baş Mühasib

  • Bank
  • Elanın qoyulma tarixi: 19.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Mühasib

Tələblər və öhdəliklər:
 
• Hüquq sahəsində ali təhsil;
• Azərbaycan Respublikası mülki, mülki-peosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməsi, mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübənin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olması;
• Dövlət orqanları ilə işləmək;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Təşkilatın fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun maraqlarını təmin etmək;
• Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak etmək;
• Hər hansı bir şəxs və ya təşkilat tərəfindən Təşkilata qarşı irəli sürülən tələb və iddialara əsaslandırılmış cavabların hazırlanmasında iştirak etmək, Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və təşkilatlarda çıxış etmək.

Öhdəliklər:
 
• Bütün maliyyə fəaliyyətlərini yoxlamaq və maliyyə performansları ilə əlaqəli bütün vəziyyətlərə yönəlmiə Müşahidə şurasının  iclaslarını izləmək;
• IFRS və USGAAP üzrə Maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək;
• Idarə Heyəti, Müşahidə şurası, auditorlar və borcverənlərlə bağlı maliyyə məlumatlarını təmin etmək;
• Strateji planlaşdırma, biznes modulu və proqnozlaşdırmada iştirak etmək;
• Maliyyə informasiyası sistemini idarə etmək;
• Performans və effektivliyi yoxlamaq, riskləri analiz və idarə etmək;
• Biznes fəaliyyətinə təsir göstərən faktorları araşdırmaq və onlar barəsində hesabat vermək;
• Maya dəyərini və rəqibləri analiz etmək;
• Büdcəyə nəzarəti izləmək, pul dövriyyəsini yoxlamaq;
• İdarə Heyətinin digər üzvləri ilə, borcverənlərlə,  işçi heyəti və auditorlarla birlikdə işləmək;
• Bankın aktiv və passivlərin idarə edilməsi üzrə siyasət və daxili qaydalarının layihələrini hazırlamaq və Sədrə/idarə Heyətinə təqdim etmək;
• Aktiv və passivlərin idarə edilməsi üzrə limitlər çərçivəsində Bankın adından pul, valyuta, kapital və qiymətli kağızlar bazarında diling əməliyyatlarını aparmaq;
• Aktiv və passivlərin idarə edilməsi üzrə limitlər çərçivəsində Bankın likvidliyinin səmərəli idarə edilməsini və gəlirliyini təmin etmək;
• Təşkilatın əlavə fondlara ehtiyacını və onun mənbələrini müəyyənləşdirmək;
• Maliyyə bazarı iştirakçıları ilə əməkdaşlıq əlaqələri qurmaq;
• Valyuta, faiz və likvidlik risklərini idarə etmək;
• APİK tərəfindən müəyyən olunmuş limitlərə riayət etmək;
• Təşkilatın valyuta mövqeyini qorumaq;
• Ölkədaxili maliyyə bazarlarında olan vəziyyəti daima təhlil etmək, Təşkilat üçün bazar imkanlarını müəyyənləşdirmək və direktora, idarə heyətinə təqdim etmək;
• APİK tərəfindən müəyyənləşdirilmiş limitlər çərçivəsində təşkilatın sərbəst t vəsaitlərini səmərəli şəkildə yerləşdirilməsini təmin etmək;
• APİK – in müəyyən etdiyi tələbləri uyğun olaraq daxili və xarici pul bazarlarından ən əlverişli şərtlərlə pul vəsaitlərini cəlb edilməsini təmin etmək;
• Bazar alətlərinin Təşkilat üçün sərfəliliyini və gəlirliliyini hesablamaq və bu barədə  Sədrə məlumat vermək;
• Müşahidə şurası, Aktiv və passivlərin idarə edilməsi Komitəsi, idarə Heyəti və Sədr üçün aktiv və passivlərin idarə edilməsinə aid bütün hesabat və məlumatları hazırlamaq, metodoloji dəstək vermək;
• Vəzifə təlimatından irəli gələn bütün digər cari fəaliyyəti həyata keçirir.

Interested candidates should submit CV's to [email protected] and indicate the position applying for in the Subject line.