Tibbi Nümayəndə (Bakı və Sumqayıt)

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.  

Şirkət Bakı və Sumqayıt şəhərləri üzrə “TİBBİ NÜMAYƏNDƏ” vəzifəsinə təcrübəli işçi dəvət edir.

İş barədə məlumat

• Tibb müəssisələrini və aptekləri gündəlik ziyarət etmək;
• Tibb müəssisələrində və apteklərdə məhsulları təşviq etmək;
• Dəyirmi masalar, konfranslar zamanı həkimlərin və əczaçıların tədbirlərə cəlb olunmasını təşkil etmək;
• Apteklərdə məhsulların mövcudluğunu təmin etmək;
• Dərmanlar haqqında biliklərini daimi yeniləmək;
• Görülən iş barədə vaxtında hesabat vermək.

Tələb olunan bilik və bacarıqlar:

• Ali və ya orta ixtisas təhsilli (tibbi/əczaçılıq təhsili olanlara üstünlük verilir);
• Azərbaycan və rus dillərini bilmək;
• Kompüter bilikləri; 
• Ofis proqramlarını bilmək;
• Əczaçılıq bazarında minimum 1 il təcrübə;
• Dürüst və məsuliyyətli;
• Müştərilərlə hər zaman nəzakətli və təmkinli davranmaq bacarığı;
• İşgüzar ünsiyyət etikası və əməkdaşlıq qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Səlis nitqə malik olmaq və inandırmaq bacarığı.

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 15 yanvar 2018-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Tibbi Nümayəndə” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi