Logistika və anbar şöbəsinin Rəhbəri

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 10.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Logistika və anbar şöbəsinin Rəhbəri

İşəgötürən: Azgranata MMC

İş barədə məlumat

- Anbar və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması
-Avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunması
- Anbar ərazisindən maksimum effektiv şəkildə istifadə etmək
- Anbarda və daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq
- Anbar qalıqlarına nəzarət, “out of stock” və “over stock”-a nəzarət
- Satış proqnozlarına əsasən anbar ehtiyatlarının minimal saxlama səviyyəsi ilə planlanması
- Tələb və planlama şöbəsinin işinin təşkili və idarə olunması
- Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, boş maşınların əraziyə buraxılmaması və s.) yerində həll edilməsi
- Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək
- Şirkətdəki logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürmək
- Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması (alınması, saxlanılması, istismarı və s.)
- Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması
- Bütün logistic büdcələrin illik hazırlanması və təqibi
- Anbar və çatdırılma bölmələri üzrə KPİ-ların tətbiq edilməsi və təqibi
 
Namizədə tələblər

- Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür)
- Distribyusiya sahəsində azı 3 il iş təcrübəsi 
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti 
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
- Dil bilikləri: Azərbaycan dili
- Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı

Əmək haqqı: 2000 -2500 AZN

E-mail: [email protected]

İşəgötürənin reytinqi