Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Planlama üzrə Mütəxəssis
Öhdəliklər:
• Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
• Verilən satış proqnozları, planlar və sifarişlərə əsasən aylıq və həftəlik istehsal planlarının çıxarılması (MPS);
• Material ehtiyaclarının planlanması (MRP), tələblərin açılması və proqramda tətbiqi;
• Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət;
• İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
• Məhsulların reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
• Planlamanın effektiv şəkildə aparılması üçün proseslərin analizi və təkliflərin verilməsi;
• ERP proqram üzrə istehsal proseslərinə aid məlumatların doğruluğuna nəzarət, yenilənmələrin zamanında həyata keçirilməsi;
• Analitik hesabatların hazırlanması, digər bölmələrdən planlamaya gələn sorğuların cavablandırılması;
• Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.
Namizədə tələblər:
• Ali İqtisadi və ya Texniki təhsil;
• Planlama təcrübəsinin olması;
• MS Office bilikləri (Excel əla səviyyədə);
• ERP proqramlarda işləmə bacarığı (təcrübəsi).
Əlavə şərtlər:
• Ə/haqqı: danışıq əsasında;
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume.php?vid=104 08.01.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə dəvət olunacaqlar.