Vakansiyanın adı: Daxili nəzarət üzrə mütəxəssisi
İş yeri: Daşkəsən rayonu
Əsas vəzifə və öhdəliklər:
• Şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili nəzarət şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləmək;
• Daxili nəzarət alətlərindən istifadə etməklə şirkətin mövcud vəziyyətini təhlil etmək, riskləri və onların təsirini aşkarlamaq və daxili nəzarətin qabaqlayıcı (preventive) tədbirləri ilə əlaqədar tövsiyyələr vermək;
• Metodologiyanın hazırlanması;
• Metodologiyanını tətbiqi;
• Statistik təhlil və icmallaşdırmanın aparılması;
• Kamplayns (uyğunluq) üzrə nəzarətin həyata keçirilməsi;
• Digər nəzarət tədbirlərini həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Yüksək kommunikasiya bacarığı;
• Analitik düşüncə və riyazi biliklər;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Hesabat yazma səriştəsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Daxili nəzarət üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.