Satış üzrə Mütəxəssis

İşin təsviri

Satış üzrə Mütəxəssis

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
• Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
• Məhsula dair prezentasiya və təqdimatların edilməsi
• Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün layihələr üzrə mütəxəssislərlə sıx işləmək
• Bulud həllərinə başlamaq və genişləndirməkdə layihələr üzrə mütəxəssislərlə sıx işləmək
• Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
• Şirkət daxilində və kənarda maraqlı şəxsləri inandırmaq
• Müqabilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
• Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin vaxtında nəzərinə çatdırılması
• Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.

VƏZİFƏNİ İCRA ETMƏK ÜÇÜN BİLİK VƏ BACARIQLARA DAİR MİNİMUM TƏLƏBLƏR

Təhsil
Maliyyə sahəsi üzrə bakalavr dərəcəsinə malik olmaq, texniki təhsili olan namizədə üstünlük verilir
Kompetensiyalar
Xərclərə əsaslanan, fəaliyyətə əsaslanan, eləcə də dəyərə əsaslanan qiymətqoyma haqqında geniş təsəvvürə malik olmaq
Bazarda baş verən dəyişikliklər barədə tam məlumatlı olmaq
Analitik yanaşma tərzi
Telekommunikasiya sahəsi üzrə məhsul yaradılması sahəsində bacarıqlara malik olmaq

QEYD: Təhsil maliyyə sahəsi üzrə olduğu təqdirdə, texniki biliklərin olmasına üstünlük verilir.
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri)

İş təcrübəsi
Müvafiq sahə üzrə 3 il təcrübə

Dil və İT bilikləri
Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dilini bilənlərə üstünlük verilir)
Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
SQL kimi proqramları bilənlərə üstünlük verilir

Xüsusi tələblər

Ezamiyyətə göndərilmə imkanı
Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı

Salary: 1000-1200 AZN

Interested candidates should submit CV's to [email protected] and indicate the position applying for in the Subject line.