IT Mütəxəssisi

  • Qala Group
  • Elanın qoyulma tarixi: 19.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IT Mütəxəssisi
 
"Qala Group" memarlıq layihələrinin inkişafı, layihələrin dizayn və görselləşdirilməsi, landşaft dizaynı və mühəndislik həlləri.

Vəzifələr

•      Şirkət kompüterlərinə Hardware və software səviyyəsində texniki dəstəy vermək;
•      Əməliyyat sistemlərinin (Windows XP, 7, 8, 8.1, 10, Windows server bütün versiyalar) və program təminatlarının yazılması, konfiqurasiya edilməsi və idarə olunması və texniki dəstəy vermək;
•      ƏS(bütün versiyalar) və proqram təinatlarının optimallaşdırılması, monitorinqi və problemlərin tapılıb aradan qaldırılması;
•      Ofis avadanlıqlarının(Printer, Scaner, Fax, Proektor və digər) qurulması, sazlanması və baş verə biləcək problemlərin tapılıb aradan qaldırılması;
•      MS Outlook, Word, Excel, Visio, Power Point -lə işləmək, onları qurmaq və baş verən problemləri aradan qaldırmaq;
•      Şəbəkə kabellərinin standarta uyğun sonlandırmaq;
•      Kompüterlərin sökülüb yığılması, onun hissələri (RAM, CPU, Video Adapter, Network Adapter, HDD və digər qurğular) ilə işləmək və hardware səviyyəsində baş verəcək problemlərin aşkarlanıb, aradan qaldırılması;
•      Baş verə biləcək insidentlərin analizi və aradan qaldırılmasını təmin etmək;
•      Texniki dokumentləşməni aparmaq və diaqramlaşdırmanı etmək;
•      Proqram təminatını server və iş stansiyalarında həyata keçmək;
•      Access hüquqlarını müəyyənləşdirmək və şəbəkə resurslarının istifadəsini təmin etmək;
•      Müvəqqəti surəti, arxivləşdirmə və məlumatın saxlanmasını təmin etmək;
•      Şəbəkə avadanlıqlarının uğursuzluqları və ya çatışmazlığı hallarında yerli şəbəkənin fəaliyyətinin bərpası üçün tədbirlər görmək;
•      Şəbəkə təhlükəsizliyi təmin etmək (məlumatlara icazəsiz girişdən qorunma, sistem faylları və məlumatlarını görüntüləmək və ya dəyişdirmək), qarşılıqlı təhlükəsizliyin təmin etmək;
•      Yerli kompüter şəbəkəsinin, serverlərin və iş stansiyalarının antivirus qorunmasını həyata keçirmək;
•      Sistemlərin yüklənməsinin effektivliyinin analizi və monitorinqini etmək;
•      İnformasiya sızmalarının qarşısını almaq;
•      Sistem və konfiqurasiya fayllarının müntəzəm surətlərini yerinə yetirmək;
•      İT İnkişaf hədəfləri/planlarına əsasən yeni İT infrastruktur sistemlərinin, alətlərinin və texnologiyalarının inkişafında və dəstəklənməsində iştirak etmək;
•      Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək;
•      İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq;
•      Sistemin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə hesabat vermək;
•      İT siyasəti və prosedurlarına uyğun olaraq vəzifələri yerinə yetirmək;
•      İT əməliyyatlarında və İT avadanlıqları üçün maddi məsuliyyət daşımaq;
•      Rəhbərlik tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək;
•      Prosedurları və siyasətlərini hazırlaması və tətbiqi;
•      Şirkət məlumatlarının məxfiliyini, parolunu təmin etmək;
•      İT siyasət / prosedur qaydalarının pozulmasına rəhbərliyə məlumat vermək;
•      Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək;
•      Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Təcrübə, bacarıq və xüsusiyyətlər:

•      Ali təhsil
•      Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili yaxşı səviyyədə
•      İT sahəsində ən azı 5 il təcrübə
•      Microsoft Office (bütün versiyalar) üzrə yüksək bilik və bacarıqları
•      Güclü kommunikasiya və ünsiyyət bacarıqları
•      Detallara yönümlü və məxfiliyin saxlanmasına dair məsulliyətli
•      Xidmətə yönümlü
•      Güclü analitik bacarıqlar
•      Problemlərin həll etmək bacarığı
•      Bir çox prioritetləri eyni zamanda idarə etmək bacarığı
•      Şəbəkəyə aid yetərincə biliklərin olması
•      Yeni texnologialardan xəbərdar olması
•      DNS, AD, DHCP, Terminal Server, Lync/SFB, Exchang və digər servislərlə bağlı texniki və ümumi biliklərin və tanışlığın olması,
•      Baş verə biləcək insidentlərin analizi və aradan qaldırılmasını yaxşı bacarmaq
•      Dokumentləşməni bilmək, texniki dokumentləşməni bacarmaq və diaqramlaşdırmanı edə bilmək, rəsmi yazışmaları düzgün aparmaq bacarığı,
•      Microsoft texnologiyaları haqqında bilikləri: SQL Server, Windows Server, Exchange Server; Symantec Backup, Endpoint Protection, Exchange Mail Security; Сisco: Firewall, Router, Switch; АТС: Siemens, Panasonic

Qeyd

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur  09 Dekabr 2017 tarixinədək mövzu sətirində “IT Mütəxəssisi” qeyd edərək CV-lərini [email protected]  electron poçt ünvanına göndərsinlər.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar