HR Director

  • MADO Azərbaycan
  • Elanın qoyulma tarixi: 14.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

HR DİRECTOR
(İNSAN RESURSLARI ŞÖBƏSİNİN MÜDİRİ)

Tələblər:

 

Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi
Təhsil – Ali Magistr
İngilis və Rus dillərini bilməsi arzuolunandır.
MS Office proqramlarını bilməli
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
Psixologiya sahəsində təhsil arzuolunandır.
Yaş həddi – 30-40 arası.

Bilməlidir:

• Əmək qanunvericiliyinin əsaslarını (Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Nazirlər Kabinetinin Qərarları və s.)
• Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
• Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
• İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi;
• Kadrların ixtisas və peşəkarlığının artırılması işini;
• Kadrların hərəkətlərinin uçot metodlarını;
• Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını;
• Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
• Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
• İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.

Vəzifələr:

• Müsahibə - Rəhbər heyət üzrə kadrların seçilməsi;
• İdarəetmə qabiliyyətinin yüksək olması;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
• Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
 • Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək.
• Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək.

İş şəraiti:

İş günləri: həftədə VI gün
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: İlkin - 1000 AZN

Qeyd:

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “HR Director” yazıb  [email protected] elektron ünvanına CV göndərməsi xahiş olunur.