Xəzinədarlıq departamenti - Bazar əməliyyatları şöbəsinin Baş Mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 12.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Xəzinədarlıq departamenti - Bazar əməliyyatları şöbəsinin Baş Mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Birja əməliyyatları sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;
• Valyuta, qiymətli kağız və digər yerli və xarici maliyyə bazarları instrumentləri haqqında peşəkar biliklər;
• Bazar risklərinin idarə edilməsi haqqında peşəkar biliklər;
• Bloomberg terminalından istifadə üzrə peşəkar bilik;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər. 

İŞİN TƏSVİRİ:

• Yerli və xarici maliyyə bazarlarında (valyuta, qiymətli kağız və digər) əməliyyatların aparılması;
• Aparılmış əməliyyatlarla bağlı müvafiq sənədləşmə işlərinin icrası;
• Maliyyə bazarları üzrə dövrü olaraq təhlillərin aparılması;
• İnvestisiya portfelinin yaradılması və idarə edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.