Biznes Sistemlərinin Analizi üzrə Mütəxəssis

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 09.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hazırda “ATL İnfoTech” şirkəti Biznes Sistemlərinin Analizi üzrə Mütəxəssis vəzifəsinə işə qəbulu elan edir.

Vəzifə və öhdəliklər:

Müştərinin və digər əlaqəli tərəflərin tələblərini müəyyən edib analiz etmək.
Tələblərin analizini, sənədləşdirilməsini və prioritizasiyasını həyata keçirmək;
Biznes proseslərin effektivliyini artırmaq;
Dəyişikliklərin idarə olunması;
Hazır proqram təminatının tətbiqini həyata keçirmək;
İstifadəyə verilmiş proqram təminatının istifadəçilərinə ilkin texniki dəstək vermək;

Namizədə olan tələblər:

Verilənlər bazası və proqramlaşdırma üzrə biliklər və təcrübə;
İstənilən sahə üzrə (məs. mühasibatlır, insan resursları, satınalma və s.) üzrə bilik və ya təcrübə;
Bir və daha artıq geniş həcmli proqram təminatının tətbiqində iştirak təcrübəsi;
Modelləmə və eskizləmə bacarıqları;
Effektiv dinləmə bacarığı;
Müsahibə və sorğulama bacarığı;
Sürətli və sistematik düşünmə bacarığı;
Analitik və öyrənmə bacarıqlar;
Liderlik, müşahidə və təşkilatçılıq bacarıqları;
Kommunikasiya bacarıqları;
Praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.

İş şəraiti və şirkətin təqdim etdiyi üstünlüklər:

Sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi olması mütləqdir
Yaş həddi 25 – 35
Dil bilikləri: azərbaycan və ingilis (hər iki dildə səlis danışıq)
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan 18:00-dək.
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır
Korporativ nömrə və danışıq limiti
Mehriban və dinamik kollektiv

Vakant yer üzrə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Biznes Sistemlərinin Analizi üzrə Mütəxəssis” qeyd etmək şərti ilə göndərə bilərlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq ilkin müsahibə mərhələsinə dəvət olunacaqlar.