Mətbuat Katibi

  • Company
  • Elanın qoyulma tarixi: 23.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mətbuat Katibi

Şirkət haqqında:

Azərbaycan Respublikasında mədənçilik sahəsində uğurla fəaliyyət göstərən dövlət şirkətinə stabil, təhlükəsiz iş yeri və perspektivli karyera axtarışında olan namizədləri Mətbuat Katibi vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

Əsas vəzifə və öhdəliklər:

• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla Şirkətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Şirkətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək;
• Dövrü mətbuatda Şirkətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Şirkətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
• Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək;
• Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
• Şirkətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək.

Tələb olunan təhsil və bacarıqlar:

• Müvafiq sahədə ali təhsil;
• MS Office proqramlarını bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli;
• KİV haqqında qanun və onun tələblərini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan iş təcrübəsi:

• Müvafiq sahəsində ən azı 3 il.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.