Satış Təmsilçisi

İşin təsviri

Vəzifə: Satış Təmsilçisi

İş şəraiti:

• İş yeri : Pirallahı rayonu
• İş rejimi : Həftənin 6 günü iş 1 gün istirahət günü
• Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər:

• Sürücülük vəsiqəsi – BC
• Satış sahəsində azı 1 il təcrübə
• Satış qabiliyyəti olmalı.
• Operativ, aktiv , ünsiyyət qurma bacarığı olmalı
• İstifadəsində olan avtomobilin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilməli.
• Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər maşınların idarə olunması.

Vəzifə öhdəlikləri

• Gündəlik çörək və sirniyyatları satış nöqtələrinə çatdırmaq
• Müştəriləri daha çox mal çeşidi almağa və daha çox mal satmağa sövq etməli
• Müəssisənin təbliğ olunması zəruri olan iş prinsiplərini satış nöqtələrində layiqincə təbliğ etməli və onların arzulanan şəkildə reallaşmasına nail olmalı
• “Tam Müştəri Məmnuniyyəti” ideyasının Müəssisəmizdə mərkəzdə durduğunu qəbul edərək müştərini tam razı salan davranış nümayiş etdirməli

Pirallahı rayonu Pirallahı qəs.S.Bağırov küç.

E-mail: [email protected]