Kassir-Satıcı

İşin təsviri

Kassir-Satıcı

İş yeri: Bakı Brend Shop mağazası

Mövqe: Mağaza

Vəzifə: Kassir-Satıcı

Əmək haqqı: 400-500 AZN

Vəzifə öhdəlikləri:

- Alıcılarla etik qaydalara riayyət etməklə ünsiyyət qurmaq;
- Alıcıya xidmət, malın təklifi və göstərilməsi, malın dəyərinin hesablanması, kassa işlədilməsi və çekin verilməsi işini həyata keçirməlidir;
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Kassa hesabatını tərtib etmək;
- Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq;
- Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək;
- İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq .

Tələblər:

- Ali təhsilli olması arzuolunandır;
- Xanım namizədlərə üstünlük verilir;
- Yaş həddi 30 yaşa kimi;
- Kollektivlə işləmək bacarığı;
- Kassa və satış sahəsində 2 il təcrübə;
- Azərbaycan, Rus dillərində sərbəst danışan, İngilis dili (orta səviyyə);
- Gülərüz, məsuliyyətli, müştəri və personal ilə ünsiyyət bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı.

Əlaqə Telefonu: (050) 306 37 07

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.