İş yeri: Bakı Brend Shop mağazası
Mövqe: Mağaza
Vəzifə: İnformasiya Texnologiyaları operatoru
Əmək haqqı: 450-500 AZN
Vəzifə öhdəlikləri:
- Mağazada istifadə olunan informasiya sistemlərinin qarşılıqlı, əlaqəli fəaliyyətini təşkil etmək;
- Mağaza daxilində quraşdırılan kameraların gündəlik olaraq işlək vəziyyətdə olmasına və yaddaşa yazılmasına nəzarət etmək; normal işləməsi üçün lazımi işlər görmək və bu məqsədlə mühafizə xidməti ilə əlaqə yaratmaq;
- Kompyuter və ofis avadanlığında yaranan nasazlığın araşdırılması və bu barədə birbaşa rəhbərinə məlumat verilməsi;
- Hazırki vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verməmək;
- Tam məxfiliyə riayət edilməsi (heç bir daxili sənəd və ya onun surəti rəhbərliyin icazəsi olmadan Cəmiyyətin ofisindən kənar çıxardıla bilməz);
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
Tələblər:
- Ali təhsilli;
- Yaş həddi 35 yaşa kimi;
- Xanım namizədlərə üstünlük verilir;
- Kollektivlə işləmək bacarığı;
- İnformasiya Texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi;
- İstifadəçilər ilə iş, komputer sistemləri və şəbəkə avadanlığı barədə anlayışlar;
- İnformasiya Texnologiyaları sahəsi ilə bağlı əsas baza bilikləri olmalı və MC office ( Word, Excel , Power Point, , Outlook) və1 C proqramlarında mükəmməl işləmə bacarığı.
Əlaqə Telefonu: (050) 306 37 07
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.