Mühasib - xəzinədar (xidmət sahəsi üzrə)

  • SAMİRAMİS
  • Elanın qoyulma tarixi: 04.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşə götürən: SAMİRAMİS

Şirkətə Mühasib - xəzinədar tələb olunur (xidmət sahəsi üzrə).

Vəzifələr:

- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatlarının  müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Elektron hökumət portalında "Əmək və Əhalinin sosial müdafiə Nazirliyi" bölməsinə kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək; 

- Xəzinədarın  bütün  vəzifələrini  vaxtında  yerinə  yetirmək:

- Kassa  əməliyyatlarının  tam  şəkildə aparılması  və  rəhbərliyə  gündəlik  hesabat  təqdim  etmək:

Tələblər:

- 25-50 yaş aralığında olan  namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat uçotunun metodikası və texnikası
- Mühasibat hesablaşmaları
- Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli 
- 1.C8.1 , 1.C8.2 və 1.C8.3  Proqramlarında yüksək  səviyyədə  işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə  3 ildən  yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq   mükəmməl  səviyyədə)
- Məsuliyyətli, stressədavamlı 

- Nəğd  pul  vəsaitləri  ilə  işləməyi  bacarmaq.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü,  saat  10.00 –dan  19.00-dək,  2 gün istirahət;
- Əmək haqqı   razılaşma  əsasında  və  görülən  işə  uyğun.

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib-xəzinədar” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə  [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.