Təchizat üzrə Mütəxəssis

İşin təsviri

Amapola Exclusive Events MMC Təchizat üzrə Mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

2013-cü ilin avqust ayında təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events” tədbirlərin təşkilində ən son tendensiyalar və ən yaxşı təcrübələrə əsaslanır və öz müştərilərinə geniş miqyaslı xüsusi həlləri təklif edir. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də “Amapola Exclusive Events”    ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
• Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
• Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
• Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
• Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda  
iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi
istiqamətində tədbirlər görmək;
• Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• 25-35 yaş aralığında olan xanım namizədlər;
• Azərbaycan, rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti, ingilis dili (orta səviyyədə)
• Ofis proqramlarını bilmək;
• Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Beynəlxalq yazışma və danışıqların aparılması;
• Bazarı təhlil etmək bacarığı;
• Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Amapola Exclusive Events MMC tərəfindən digər vakansiyalar