Sosial Media üzrə Menecer

İşin təsviri

Amapola Exclusive Events MMC Sosial Media üzrə Menecer vəzifəsinə işəqəbul elan edir.

2013-cü ilin avqust ayında təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events” tədbirlərin təşkilində ən son tendensiyalar və ən yaxşı təcrübələrə əsaslanır və öz müştərilərinə geniş miqyaslı xüsusi həlləri təklif edir. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də “Amapola Exclusive Events”    ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə il ərzində baş tutacaq bayram, tədbir və s. barəsində məlumatın axtarışı və qeydiyyatın aparılması;
• Qeyd olunan məlumat əsasında aylıq hesabatın hazırlanması və baş tutacaq bayram, tədbir və s. üzrə şəkillərin, video materialların şirkətin facebook, twitter, youtube, instagram və  rəsmi səhifəsində yerləşdirilməsi və ona uyğun müxtəlif növ mətnlərin yazılması;
• Sosial media üçün ayrılan reklam büdcəsinə uyğun Sosial media strateqiyasının hazırlanması və brendin strategiyasının bütün kanallarda öz əksini tapmasına nəzarətin edilməsi;
• Sosial media üçün hazırlanacaq kontentlər markanın mesajını, markanın xidmətlərini qeyri-adi olmalı, insanların marağını çəkməli və onları danışdırmalıdır.
• Kütləvi informasiya vasitələri üçün şirkətin şöbələrinin fəaliyyəti haqqında mətbuat-relizlərin, məlumat materiallarının hazırlanması;
• Markanın sosial media hesablarını idarə edəcək olan insanın ölkənin diliyini mükəmməl bilməsi, onu səlis və bacarıqlı formada istifadə etmə bacarığının olması son dərəcə vacibdir.
• Datalar rəqəmlər formasında təqdim edilir, bu rəqəmlər analiz edilməli, nəticə barədə rəhbərliyə aylıq hesabat verilməldir.

Namizədə qarşı tələblər:

• Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsinin olması;
• Ali təhsil;
• Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili orta səviyyədə;
• Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək;
• PowerPoint, Photoshop kimi proqramları bilmək üstünlük ola bilər;
• Foto ilə işləmək və dizayn bacarıqları da əlavə üstünlük ola bilər;
• Azərbaycan və rus dillərində sərbəst şəkildə yazmaq, fikirlərini rahat izah etmək bacarığı;
• Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı;
• Savadlı, şifahi və yazılı nitq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sosial Media üzrə Menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Amapola Exclusive Events MMC tərəfindən digər vakansiyalar