Korporativ xidmət üzrə mütəxəssis

İşin təsviri

Korporativ Xidmətlər üzrə Mütəxəssis

İş haqqında məlumat:

• Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması;
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
• Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi;
• Həftədə 6 iş günü, saat 09:00-18:00;
• Əmək haqqı: 600-1000 AZN.

Namizədə qarşı tələblər:

• Ali təhsil
• Yaş: 25-40
• Azərbaycan,rus və ingilis dillərində səlis danışıq
• Korporativ xidmətlərin satışı üzrə 2 il iş təcrübəsi
• Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq         
• Təqdimat bacarığının olması
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli,
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
• Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ xidmət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.