Menecment İnformasiya Sistemi (MİS) şöbəsinə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 21.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Menecment İnformasiya Sistemi (MİS) şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankdaxili hesabatların hazırlanması və hesabatlara dair daxil olan sorğuların cavablandırılması;
• Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergi orqanları, Statistika Komitəsinə, Əmanətlərin Sığortalanması Fonduna və digər nəzarət orqanlarına hesabatlıqların periodik hazırlanması və göndərilməsi;
• İdarə Heyəti və struktur bölmələrin istədiyi xüsusi hesabatlar və ya məlumatların hazırlanması və təqdim olunması;
• Bankın maliyyə göstəricilərinin təhlil olunması və müvafiq prezentasiyaların hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi/maliyyə təhsili (Xaricdə təhsil alanlara və ya yüksək qəbul balı olan namizədlərə üstünlük verilir);
• Microsoft Excel, PowerPivot, PowerPoint, Access, Oracle BI, SQL proqlamlarına dair biliklər;
• İri həcmli məlumatların təqdimatı, yığımı, təhlil və işləməsinin formalaşmasında təcrübəyə sahib olmalı;
• Analitik və yaradıcı düşüncəyə malik olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Tabeçilik münasibətlərində işləmək bacarığına sahib olmalı;
• Dəqiqlik və qətiyyətlilik kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq və güclü inandırma bacarığına sahib olmalı;
• Problemləri vaxtında müəyyən etməli və onlardan effektiv çıxış yollarının tapmaq bacarığına malik olmalı;
• İşdə təşəbbüskar və yenilikçi yanaşma kimi göstəricilərə sahib olmalı;
• Daimi özünü inkişaf və təkmilləşdirmə istəyinə sahib olmalı; 
• Rəsmi-işgüzar üslubda, Azərbaycan və İngilis dillərində yazışmalar həyata keçirmək bacarığına malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədləröz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Menecment İnformasiya Sistemi (MİS) şöbəsinə mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.