Hüquq departamenti, Kargüzarlıq şöbəsi - Mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 27.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur bölmə: Hüquq departamenti, Kargüzarlıq şöbəsi

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 09:00-18:00

Son müraciət tarixi:  10 sentyabr 2017-ci il

Əsas vəzifə öhdəlikləri:

• Daxili normativ sənədlərin, formaların hazırlanmasında iştirak etmək;
• Daxili normativ sənədlərin, formaların real prosesləri əhatə etməsini təmin etmək;
• Daxili normativ sənədlərin, formaların normativ-hüquqi aktlara uyğunluğunu təmin etmək;
• Daxili normativ sənədlərin qeydiyyatı, uçotu və arxivləşdirilməsi işlərini Keyfiyyət İdarəetmə Sistemi vasitəsi ilə həyata keçirmək;
• Keyfiyyət İdarəetmə Sistemi üzrə işçi qrupunun fəaliyyətini koordinasiya etmək;
• Keyfiyyət İdarəetmə Sistemi üzrə beynəlxalq ISO 9001-2015 standartının tələblərindən irəli gələn funksiyaları icra etmək;
• Kargüzarlıq şöbəsinin əsasnaməsi və şöbə rəhbəri tərəfindən müəyyən edilmiş digər funksiyaları icra etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Hüquq, kargüzarlıq, metodologiya sahəsində 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən sahə üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini yüksək səviyyədə bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
Kompüter bilikləri : MS Office proqramlarından yaxşı səviyyədə istifadə edə bilməlidir;
Üstünlüklər : Hüquqi təhsilə üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Kargüzarlıq – mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi