Satış üzrə Mütəxəssis

İşin təsviri

Performance Center Co MMC-nin  Baş Ofisinə Satış üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edilir.  

İş haqqında məlumat:

-Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması;
-Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
-Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
-Müştərilərin loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi;
-Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi;
-Həftədə 6 iş günü, saat 09:00-18:00.

Namizədə qarşı tələblər:

-Ali təhsil
-Yaş: 23-35
-Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili arzuolunandır);
-Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı; 

-Avtomobil satışı üzrə 2 il iş təcrübəsinin,        
-Təqdimat bacarığının olması;
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli,
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
-Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)   [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.