Dizayn proqramları üzrə Müəllim

İşin təsviri

Vision Təhsil Mərkəzi Dizayn proqramları üzrə Müəllim vakansiyasına işə qəbul elan edir.

Fəaliyyətimizə başladığımız gündən bəri öz dəyərlərimizə sadiq qalaraq, elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən olmuşuq. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə müasir metodların tətbiqinə nail olmaqdır. Məqsədlərimiz uğrunda bizimlə birlikdə çalışan əməkdaşlarımız ilə fəxr edirik. Sizi də daim böyüyən “Vision” ailəsinin bir hissəsi olmağa, səmimi kollektivimizə qoşulmağa dəvət edirik.

Namizədə aid tələblər:

• Ali təhsil ( Kompüter elmləri, Dizayn ixtisasları üstünlükdür.);
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
• Photoshop, İllustrator, Corel Draw, AutoCad, 3D Max kimi proqramları əla səviyyədə mənimsəməli və tədris edə bilməli;
• Həm nəzəri, həm də praktiki proqram materiallarının hazırlanması bacarıqlarına malik olmalı;

Şəxsi keyfiyyətlər:

• Pedoqoji təcrübəsi və ustalığı olmalı;
• Proqramın tələbələrə qısa zamanda effektiv öyrədilməsinə çalışmalı;
• Yeniliyə açıq olmalı, tədris prosesi zamanı müasir təlim metodlarından istifadə etməyi bacarmalı;
• Ünsiyyət qurmağı bacarmalı, səlis danışıq qabiliyyəti olmalı, auditoriyanı ələ ala bilməlidir;
• Kollektivlə işləməyi bacarmalı;
• Tələbələrə fərdi və differensial yanaşma bacarığına sahib olmalı.

Əmək haqqı: Razılaşmalı və bonuslara əsasən formalaşır.

Göstərilən tələblərə cavab verən namizədlər Link (http://goo.gl/AAC4Ck) vasitəsi ilə qeydiyyatdan keçərək və ya [email protected] ünvanına “Müəllim – Dizayner” başlıqlı CV yollamaqla müraciət edə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.