Mexanik işləri üzrə keyfiyyətə nəzarət Müfəttişi

İşin təsviri

Mexanik işləri üzrə keyfiyyətə nəzarət Müfəttişi

Müvafiq sahə üzrə ali təhsil
Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi
Fəaliyyət sahəsi: mexanika mühəndisi, keyfiyyətə nəzarət
Kompüter biliyi: MS office
Dil biliyi: azərbaycan dili əla, rus və ingilis dilləri üzrə texniki biliklər

İş yeri: baş ofis

Ə/h: razılaşdırılır

Vəzifə öhdəlikləri:

Yoxlama və sınaq planında sadalanan yoxlamaların Sifarişçi spesifikasiyalarına müvafiq yerinə yetirilməsini təmin etmək
Mexanik avadanlığın layihə prosedurlarına və sifarişçi spasifikasiyalarına müvafiq quraşdırılmasını təmin etmək
Mexanik avadanlığının qəbul edildiyi vaxtdan tikinti-montaj işlərinin tamamlanmasına qədər qorunub saxlanılmasına nəzarət etmək
Mexanik avadanlığının quraşdırılması zamanı təyin olunmuş keyfiyyət və texniki tələblərə uyğunluğu təmin etmək məqsədilə tikinti işlərinə kömək göstərmək
Layihə işçi qrupunu yekun hesabatlarla təmin etmək və şöbə müdiri ilə mütəmadi olaraq əlaqə saxlamaq

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected]  ünvanına göndərə bilər. (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)