İnşaat mühəndisi (Padarçöl, Ağsu Rayonu )
İş haqqında məlumat
• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
• Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
• Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək və s.
Tələblər
• Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsinin mülki sənaye tikinti ixtisası üzrə mühədis diplomu)
• Qeyd olunan sahədə ən azı 3-5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarında(Word, Excel) işləmək bacarığı (AUTOCAD bilənlərə üstünlük veriləcək);
• Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri , həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki replamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilmək;
• Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
• Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
• Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;
İş şərtləri
Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Padarçöl, Ağsu Rayonu
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.