Təcrübə Programı

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 31.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group – Təcrübə Programı

Proqramın mahiyyəti:

“Melissa Group” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017-cü ilin sentyabr ayından etibarən 3 aylıq “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə satış, marketinq və insan resursları sahəsində təcrübə keçəcəklər.
 
Proqramın məqsədi:

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr pilləsini bitirmiş və ya magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində “Melissa Group”un İnsan resursları departamenti Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universiteti, Bakı Neft və Sənaye Universiteti və bir sıra digər universitetlərdə tələbələrlə görüşlər keçirəcəkdir.

Namizədə olan tələblər:

İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (yaxşı) bilən, xoş xarici görünüşlü yaşı 20-dən 25-dək olan tələbələr tələb olunur.
Son müraciət tarixi: 25 avqust 2017-ci il

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qaarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: https://melissapark.az/tecrube-proqrami/

İşəgötürənin reytinqi