Məktəbəqədər təhsil müəssisəsinin Rəhbəri

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 23.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

• Məktəbəqədər təhsilin dövlət standartı və proqramına uyğun təşkil olunmasına nəzarət etmək;
• Elektron dərsliklərlə proqramın idarə edilməsinə nəzarət etmək;
• Dərslərin yeni təlim metodları ilə təkil olunması və tədris olunmasına nəzarət etmək;
• Təhsil mərkəzini və işçi heyətini idarə etmək;
• Dərs bölgüsünə nəzarət etmək;
• Ödəniş hesab sisteminə nəzarət etmək;
• Valideyn və tələbələrlə danışıqların aparılmasını təşkil etmək;
• Pedaqoji şuranın yaradılmasını və fəaliyyətini müvafiq Əsasnaməyə, həmçinin məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinə əsasən təşkil etmək; 
• Mərkəzin PR və marketinq işlərinin həyata keçirilməsinə nəzarət etmək;
• Uşaqlarla Bağçanın tədris proqramına uyğun olaraq təlim-tərbiyə işini həyata keçirilməsinə nəzarət etmək.

Vəzifə ilə bağlı tələblər:

• İbtidai və ya məktəbəqədər ali pedaqoji təhsil
• Müvafiq sahədə azı 3 il iş təcrübəsi
• Yaş həddi: 24-45
• Xanım namizədlərə üstünlük veriləcək

Əlavə məlumat

• İş qrafiki: 6 günlük iş rejimi, 08:00-dan 17:00-dək
• Əməkhaqqı: 700 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən edilə bilər)
• Nahar Şirkət tərəfindən təmin olunur

CV-lərinizi [email protected] ünvanına "Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi