Təchizat üzrə Menecer

İşin təsviri

Şirkət haqqında

"Equipment Rental Services" MMC qaldırıcı avadanlıq bazarında 2005-ci ildən işləyir və yükvurma-yükboşaltma texnikalarının anbar komplekslərinə, limanlara, tikinti şirkətlərinə və əməliyyat bazalarına kompleks təchizatını və icarəsini həyata keçirir.
Gənc şirkət yarandığı vaxtdan etibarlı və ciddi tərəfdaş kimi özünü göstərib.
 
Equipment Rental Services MMC  “Təchizat üzrə menecer” vəzifəsinə vakansiya elan edir.

İşçiyə qoyulan tələblər:

•    Ali təhsil;
•    Sahə üzrə biliklər;
•    Yaxşı bisnes anlayışı;
•    Daxili və xarici bazar haqqında ümumi məlumata malik olması;
•    Əla danışıqlar aparmaq və əlaqələr qurmaq;
•    Məlumatların təhvil edilməsi və müvafiq qərarların alınması;
•    Məsuliyyətlilik, çalışqanlıq və təşkilaçılıq qabiliyyəti;
•    Tək və komandada işləmə bacarığı;
•    Əmək intizamının yüksək olması;
•    Təhlükəsizlik qaydalarına əməl edilməsi;
•    Kompyuter bacarıqları: Microsoft Office, 1C, Internet Explorer;
•    Dil bilikləri: Azərbaycan dili - doğma,  İngilis dili - yaxşı,  Rus dili - əla;
•    Sürücülük vəsiqəsi: kateqoriya B;

Vəzifə öhdəlikləri:

•    Şirkətin fəaliyyəti üçün zəruri olan mal – materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchizi üçün müvafiq araşdırmalar aparır və nəticəsi barədə rəhbərliyə məlumat verir;
•    Şirkətin fəaliyyəti üçün zəruri olan mal  və materialların, avadanlıqların alınması ilə bağlı danışıqların keçirilməsində iştirak edir;
•    Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların təchizi işində iştirak edir və buna görə məsuliyyət daşıyır;
•    Şirkətin sahibkarlıq fəaliyyətinin və bu sahədə əlaqələrinin genişlənməsi və təkmilləşdirilməsinə dair mütəmadı təkliflər irəli sürür;
•    Məhsulun alınması üçün təkliflərin hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil edir;
•    Təchizatçıların təklif etdiyi məhsulların keyfiyyətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi və əməkdaşlıq üçün şirkətin maraqlarına və fəaliyyət standartlarına uyğun təchizatçıların seçilməsi prosesində iştirak edir;
•    Tədarükçülərlə əlaqə saxlayır;
•    Tədarükçülərlə qiymət danışıqları aparır;
•    Alınmış məhsulla bağlı şikayətlərin podraçı tərəfə çatdılılması və problemin aradan qaldırılması üçün danışıqlar aparır;
•    Sifarişlərin həyata keçirilməsinə və məhsulun  vaxtında çatdırılmasına nəzarət edir;
•    Sifariş olunmuş və əldə edilmiş məhsullarla bağlı sənədlərin qorunmasını və məlumatların bazaya daxil edilməsini təmin edir;
•    Təchizata aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkilini təmin edir;
•    Təhvil-qəbul sənədlərinin düzgün tərtib edilməsi və verilməsini həyata keçirir;
•    Malın çatışmaması, itirilməsi, açılması və zədələnməsi faktı üzrə aktları tərtib edir;
•    Malı qaimə-faktura əsasında təhvil verir və qaytarıla biləcək malları yalnız geri qaytarılma aktı əsasında sayaraq təhvil alır;
•    Malların orijinal qablar içində olmasını, zədələnməməsini, tam həcmdə olmasını, üstlərində kod və etiketlərin olmasını yoxlayır;
•    Malın çatdırılma məntəqəsinə daşıma prosesi zamanı mühafizə rejimini təşkil edir;
•    Təhvil verilən mal əskik olan zaman, onu tamamlayır və ya geri qaytarır;
•    Qaimə-fakturada əksini tapmayan, lakin təhvil vermə prosesində aşkar olunan, zədələnmiş, sınmış, açılmış  malları  geri  qaytarır;
•    Əməyin mühafizəsi qaydalarına əməl etmək şərti ilə malın anbara yüklənmə-boşaldılma işlərini təşkil edir;
•    Əmtəə və malların anbarda inventarizasiyasında iştirak edir;
•    Görülən işlərin hesabatını hazırlayır və təhlil edir;
•   Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Rəsmi, stabil ödənilən əmək haqqı (Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir)
• İcbari  sığorta
• İş vaxtı:  8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri
• Korporativ rabitə vasitəsi
• Korporativ nəqliyyat
• Mehriban kollektiv

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.